Sürücülük vəsiqəsini almaq üçün şəhərdə praktiki imtahan avqustdan keçiriləcək
Daxili İşlər Nazirliyinin 2019-cu ilin fəaliyyət planına əsasən, avtomobil sürücülüyü imtahanlarının bayırda, yəni şəhərdə tapşırmaq hissəsi avqust ayından keçiriləcək.
Nazirliyin bu təşəbbüsü hələ hökümət iclasında müzakirə olulacaq. Bəyənildiyi təqdirdə isə, qanunlayihə şəklində parlamentə göndəriləcək.
Mövcud olan məlumata görə, hazırda praktiki imtahanların şəhərdə keçirilməsi üçün marşrutun seçilməsi işləri həyata keçirilir.
Şəhərdə (küçədə) tapşırılan imtahanların, sürücü vəsiqəsini almaq üçün keçirilən ümumi imtahanların keçirildiyi şəhərlərdə keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.
Praktiki imtahana çıxmaq üçün sürücülük vəsiqəsini istəyən şəxs öncə teoriya imtahanını tapşırmalıdır.
Teoriyayı tapşırdıqdan sonra, növbəti 30 gündə praktikayı tapşıra bilməyən namizəd, teoriyayı təzdən tapşırmalı olacaq.