Suriyənin Afrin regionunda, Türkiyə kürtlərin pozisiyalarını artileriya ilə bombaladı
Suriyənin Afrin regionunda, Türkiyə kürtlərin pozisiyalarını artileriya ilə bombaladı.
Kürk “Fırat” agentliyinin məlumatına görə, “kürtlərin müdafiyə qüvvələrinin” iki kəndin yaxınlığındaki müdafiyə xəttinə atəş düşdü. Tel Rafaat şəhəri və bir neçə kənddə də yanğın baş verdi.
Kürt nəşriyyatları məlumat yayırlar ki, türk artileriyasının növbəti məqsədi Kobani və El-Malik regionlarıdır.
Suriyənin 1.5 milyon kürdün yaşadığı Afrin regionundaki vəziyyət çox ağırdır. Türkiyə açıq şəkildə kürt hərbi qüvvələrinə qarşıdurma elan edir.
Haber Turk-ün yaydığı məlumata görə, türk əsgərləri Suriyə sərhədindəki divarı 12 yerindən dağıtdılar və artileriya texnikasını oradan içəri daxil edəcəklər. Kürt əsgərləri isə, özlərini müdafiyə etməyə hazırlaşıblar.
ABŞ Dövlət Departamaenti Türkiyəyə müraciət edir ki, Afrində Suriyəli kürtlərə qarşı hərbi hücüma başlamasın və onun əvəzində “İslam dövləti” ilə mübarizə aparsın.
Türkiyə isə, ABŞ-ı kürt teroristlərini silahlandırmaqla təqsirləndirir və etiraz olaraq, Suriyəli kürtlərə hücüm edir.