Suriyəli demonstrantlar Türkiyənin sərhəd məntəqəsinə hücum etdilər
Suriyəli demonstrantlar Türkiyənin sərhəd məntəqəsinə hücum etdilər.
Bu barədə məlumatı “Royter” agentliyi yayır.
Agentliyin məlumatına görə, Suriyəlilərin etirazlarının səbəbi Türkiyə və Rusiyanın birgə həyata keçirdiyi hərbi əməliyyatdır, hansının çərçivəsində müəyyən ərazilərin bombalanması həyata keçirildi.
Demonstrantları dayandırmaq üçün türk sərhədçilər göz yaşardıcı qazdan istifadə etdilər.
Hazırda Türkiyə Rusiyanın yardımı ilə Suriyəli üsyançıların nəzarət etdiyi ərazilərdə hərbi əməliyyat keçirir. Həmin regionda isə, milyonlarla insan yaşayır.
BMT-nin məlumatına görə, münaqişənin eskalyasiyasından sonra həyata keçirilən avia-hücumlar nəticəsində yüzlərlə dinc vətəndaş həlak oldu.