Suriyə prezidenti - Tramp Amerika prezidentləri arasında ən yaxşısıdır, çünki o birbaşa deyir "Biz neft istəyirik"
Suriyə prezidenti - Tramp Amerika prezidentləri arasında ən yaxşısıdır, çünki o birbaşa deyir "Biz neft istəyirik"

Suriyə prezidenti Bəşər Əl Əsəd Donald Trampın Amerika prezidentləri arasında ən yaxşı olduğunu bəyan etdi.

Əsədin dediyinə görə, Donald Tramp Amerikanın məqsədləri və maraqları haqqında açıq şəkildə danışır.

“O ən yaxşı Amerika prezidentidir, ancaq apardığı siyasətə görə deyil. Tramp ona görə yaxşıdır ki, o birbaşa məqsədləri haqqında danışır. O deyir: “Bizə neft lazımdır”.

Açıq danışan düşmandan yaxşı nə ola bilər?” – dedi Əsəd.

Bəşər Əsədin dediyinə görə, ABŞ prezidentlərinin əksəriyyəti cinayətkarlar idi və təəssüf ki, cinayətkar siyasətlərinə görə, onlara cəza yerinə Nobel Mükafatı verilirdi.