Suriyə parlamenti Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı soyqırımın törədildiyini qəbul etdi
Suriyə parlamenti Birinci Dünya müharibəsi zamanı, Osmanlı İmperiyası tərəfindən ermənilərəin kütləvi şəkildə qətlə yetirilməsini soyqırım olaraq, elan etdi.
Suriyənin qanunverici orqanı bu qərarı Dəməşk və Ankara arasındaki vəziyyətin həddindən artıq gərginləşməsi fonunda verdi.
Suriyənin İdlib əyalətində, Suriyəli və türk əsgərləri arasında dəfələrlə silahlı qarşıdurma baş verdi.
Suriyəli deputatlat tərəfindən verilən rezolyusiyada deyilir ki, “ermənilər, asuriyalılar və Suriyə millətinin bir hissəsi olan digər etnoslar soyqırım qurbanları oldular”.
Suriyə parlamentinin spikeri Xamuda Sabaq bəyan etdi ki, Türkiyənin hazırki aqressiyası rasist osman ideologiyasına əsaslanır, ermənilərə qarşı soyqırımı da Erdoğanın əjdadları törətdilər.
Türkiyə iqtidarı isə, Suriyəyi yalançılıqla ittiham etdi.
Türkiyənin Xarici İşlər Naziri bəyan etdi ki, illərdir milyonlarca insanı öldürən bir iqtidar tıərəfindən belə bir qərarın verilməsi heç ədalətli deyil.