Suriyada hücum nəticəsində azı 4 nəfər həyatını itirib, 13 nəfər yaralanıb
Suriyada hücum nəticəsində azı 4 nəfər həyatını itirib, 13 nəfər yaralanıb

 
Suriyaya həyata keçirilmiş hücum nəticəsində azı 4 nəfər həlak olub və 13 nəfər yaralanıb. Məlumatı “Reuters” Suriya mediasına istinadən yayır.

Hücum Hama əyalətində yerləşən Masiap şəhərində baş verib.

Yerli xəstəxanada qeyd etdikləri üzrə, yaralıların vəziyyəti kritikdir.

Mənbələrin sözlərinə əsasən, kimyəvi silahın istehsal edildiyi Masiapda yerləşən əsas hərbi tədqiqat mərkəzi bir neçə dəfə bombardman edilib. Ehtimal ki, silah istehsalı ilə məşğul olan bir qrup iranlı hərbi ekspert orada olub.

Suriya dövlət mediası hücumu İsrailin həyata keçirdiyini xəbər verir. İsrail tərəfi bu vaxtadək şərh verməyib.

Ehtimal ki, İran qüvvələrinin və iranyönümlü qrupların bazası olan Masiapın bu ərazisi son illərdə də dəfələrlə hücumların hədəfinə çevrilib.