Suriyədə baş verən partlayış nəticəsində rus jurnalistləri yaralanıblar
Suriyədə baş verən partlayış nəticəsində rus jurnalistləri yaralanıblar

Suriyədə baş verən partlayış nəticəsində Rusiyanın “НТВ” və “Zvezda” kanallarının jurnalistləri zərər gördülər. Bu barədə məlumatı Rusiya Müdafiyə Nazirliyinin mətbuat xidməti yayır. 

Nazirliyin məlumatına görə, partlayış nəticəsində, dörd jurnalistlə bərabər dörd əsgər də yaralanıb. Yaralananların həyati təhlükələri yoxdur.

Rus medyasında yayılan məlumata görə, noyabrın 6-da partlayış Suriyənin Deir Ez-Zori şəhərinin yaxınlığında baş verib, harda ki, rus jurnalistləri çəkiliş aparırdılar.