Suraminin Kvandzi-Sakasriya hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Suraminin Kvandzi-Sakasriya hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“İntensiv qar və buz-sürüşmə səbəbindən, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun km132-km163 (Suraminin Kvandzi-Sakasriya hissəsi) hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır, başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir. Yolun qalan hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.