Suraminin Kvandzi-Sakasriya hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olundu
Suraminin Kvandzi-Sakasriya hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olundu.
Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Aparılan təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun km132-km163 (Suraminin Kvandzi-Sakasriya hissəsi) hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olundu”, – məlumatda deyilir.