Sümük iliyi transplantasiyasından sonra yaranan ağır GVHD ağırlaşmasının müalicəsində istifadə olunan bahalı “Jakavi” preparatı dövlət tərəfindən maliyyələşdiriləcək

11:45, 02.07.2026

Dövlət Ümumi Səhiyyə Proqramının əhatə dairəsi genişləndirilib. Sümük iliyi transplantasiyasından sonra inkişaf edən ağır GVHD (“transplantatın resipiyentə qarşı” reaksiyası) ağırlaşmasının müalicəsində istifadə olunan bahalı “Jakavi” preparatının xərcləri dövlət tərəfindən qarşılanacaq. Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Gürcüstan vətəndaşlarının sümük iliyi transplantasiyası əməliyyatları həm ölkə daxilində, həm də xaricdə dövlət hesabına maliyyələşdirilir. Lakin transplantasiyadan sonra bəzi pasiyentlərdə GVHD – “transplantatın resipiyentə qarşı” reaksiyası inkişaf edir. Bu zaman donorun köçürülmüş hüceyrələri pasiyentin orqanizminə qarşı mübarizə aparır. Belə hallarda müasir və yüksək texnologiyalı dərman müalicəsi həyati əhəmiyyət daşıyır.

Nazirliyin məlumatına görə, daha bir mühüm yenilik ondan ibarətdir ki, dövlət tərəfindən satın alınan “Jakavi” preparatı artıq bütün onkohematoloji diaqnozu olan benefisiarlar, o cümlədən 18 yaşadək uşaqlar üçün də əlçatan olacaq.

Oxşar