Sülhməramlı əməliyyatlarda həlak olan və ya ağır yaralanan əsgərlərin övladları təhsil qrantlarından yararlanacaqlar
Gürcüstan Müdafiə Qüvvələrində xidmət edən şəxslər, aktiv hərbi xidmətçilər, yaralı və xəsarət alan hərbçilər və onların ailə üzvləri təhsil, mədəniyyət və ya tibb müəssisələrində müxtəlif imtiyaz və güzəştlərdən yararlanırlar.
Gürcüstan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, yeni dərs ilindən Müdafiə Nazirliyində fəaliyyət göstərən sosial proqramlar çərçivəsində, Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan hərbçi övladlarından başqa, beynəlxalq sülhməramlı əməliyyatlarda həlak olan və ya ağır yaralanan əsgərlərin övladlarının, həmçinin ağır fiziki məhdudiyyətli veteranlar və ya onların övladlarının da təhsil qrantlarından yararlanacaqları deyilir.
“Ali təhsil müəssisələrinə daxil olan bakalavriat və maqistratura proqramlarının tələbələri təhsil qrantları vasitəsilə maliyyələşmə imkanına malik olacaqlar.
Gürcüstanın Müdafiə Nazirliyinin dövlət təhsil qrantı ilə maliyyələşdirmə layihəsi üzrə təşəbbüsünü irəli sürdüyü yenilik hökumətin qərarı və Təhsil və Elm Nazirliyinin dəstəyi əsasında artıq qəbul edilib və 2022-2023 ci ildən qüvvəyə minəcək.
Əsgərə köklənmiş sosial siyasət çərçivəsində, hərbi qulluqçuların və onların ailə üzvlərinin təhsil almasını təşviq etmək prioritet istiqamətlərdən biridir. Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin müdafiə naziri olduğu müddətdə qəbul etdiyi qərara əsasən, nazirlik ali təhsil müəssisələrinə qəbul olmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin təhsil haqqını 50%-ni birgə maliyyələşdirir, bu dövlət tərəfindən müəyyən edilmiş minimum təhsil haqqının- 2250 larinin yarısını qarşılamağı nəzərdə tutur. Bundan əlavə, yüksək akademik davamiyyətə görə onlara hər semestr üçün 750 lari məbləğində “Nazir təqaüdü” təyin olunur” – deyə Müdafiə Nazirliyindən bildirilib.