“Sülh körpüsü”ndə bərpa işləri yekunlaşıb. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
Kaladzenin qeyd etdiyi kimi, körpünün bərpası prosesi xarici və gürcü mütəxəssislərin fəal nəzarəti altında həyata keçirilib.
“Biz “Sülh körpüsü”nün bərpa işlərinə başlamışıq. Körpü bərbad vəziyyətdə idi. Hazırda uzunluğu təxminən 200 metr olan piyada körpüsünün zədələnmiş ərazilərinin bərpası və möhkəmləndirilməsi işləri artıq yekunlaşıb. Körpünün asma hissələri bərpa edilib, bunun üçün xüsusi konstruksiyalar qurulub, deformasiyaya uğramış pilləkənlər bərpa edilib”- deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bərpa işlərinin ümumi dəyəri 1 milyon 400 min lari təşkil edir.