Sülh körpüsündə yenidənqurma işləri həyata keçiriləcək
Sülh körpüsündə yenidənqurma işləri həyata keçiriləcək

 

Paytaxtda mövcud Sülh körpüsündə yenidənqurma işləri həyata keçiriləcək-bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında açıqlayıb.

O, körpünün sol sahilində estakadanın beton səthinin zədələnməsi səbəbindən reabilitasiya zərurəti yarandığını bildirib.

“Sülh körpüsündə yenidənqurma işləri həyata keçirməyə başlamışıq. Körpünün sol sahilində estakadanın beton səthinin zədələnməsi səbəbindən reabilitasiya zərurəti yaranıb, bu bərpa tələb edir. Hərəkət hissəsində deformasiyaya uğramış pilləkənlər bərpa olunacaq. Asma körpünün üzərindəki asılqanlar bərkidiləsidir, bu da qeyri-bərabər yüklənməyə səbəb olur. Körpünün asılqanlarının bərabər şəkildə bərkidilməsi üçün müvafiq konstruksiyalar qurulacaq və yenidənqurma işləri aparılacaq” – deyə Kaxa Kaladze açıqlayıb.

O, yenidənqurma prosesi zamanı körpünün bir müddət bağlı olacağını bildirib.

“İşlərin təhlükəsiz aparılması üçün körpü müəyyən müddətə bağlı olacaq. Hərəkətin məhdudlaşdırılması müddəti barədə əhaliyə əlavə məlumat veriləcək. Çoxları bu körpüdən istifadə edir. Ona görə də qeyd olunan işlər zamanı təhlükəsizliyin nəzərə alınması vacibdir” – deyə Kaxa Kaladze qeyd edib.

O, layihənin dəyərinin 1 milyon 400 min lari təşkil etdiyini və yenidənqurma işlərinin bu ilin avqustunda başa çatacağını bildirib.

“Körpünün uzunluğu 200 metrə qədərdir. İşlər çərçivəsində işıqlandırma zərər gördüyündən tam dəyişdiriləcək. Layihənin dəyəri 1 milyon 400 min laridir və bu ilin avqustunda isə yenidənqurma işlərini başa çatdırmağı düşünürük” – deyə Kaxa Kaladze açıqlayıb.