"Sülh Komitəsi" nümayəndə heyətinin üzvləri işğal xəttində olublar
"Sülh Komitəsi" nümayəndə heyətinin üzvləri işğal xəttində olublar

 

“Gürcü Arzusu” gənclər təşkilatının dəvəti ilə Tbilisi Beynəlxalq Gənc Sosialistlər İttifaqının (IUSY) “Sülh Komitəsi”nin (PTN) nümayəndə heyətinə ev sahibliyi edir.

Konfrans çərçivəsində birlik üzvləri işğal xəttində olublar. Onlar işğal xəttindəki vəziyyətlə yerindəcə tanış olublar, borderizasiya ilə bağlı əlavə məlumat alıblar.

Nümayəndə heyətinin tərkibinə beynəlxalq birliyin baş katibi, birliyin vitse-prezidentləri, müxtəlif ölkələrin nümayəndələri, avropalı parlamentarilər və beynəlxalq tədqiqatçılar daxildir. Səfər çərçivəsində beynəlxalq konfrans və panel müzakirələri keçiriləcək, bundan sonra isə “Sülh Komitəsi” birgə bəyanat hazırlayacaq.