Suxuminin süqutunun 30-cu ildönümü ilə əlaqədar hökumət administrasiyasının binası üzərində dövlət bayrağı endirilib
Suxuminin süqutunun 30-cu ildönümü ilə əlaqədar və Abxaziyada müharibədə həlak olanların xatirəsini ehtiramla yad etmək məqsədilə Gürcüstan hökumətinin inzibati binası üzərində dövlət bayrağı endirilib. Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.
Gürcüstanın bütün ərazisində, bütün inzibati binalarda dövlət bayrağı endirilib.
Suxuminin süqutundan 30 il keçir.