Suxuminin süqutundan 28 il ötür. Abxaziyada hərbi qarşıdurma 1992 -ci ilin avqustun 14-də başladı. Gürcü hökumət qoşunları ilə abxaz separatçıları arasındakı qarşıdurma 13 ay 13 gün davam etdi. Atəşkəs müqaviləsini pozaraq düşmən Suxumini ələ keçirə bildi.
Rus, Şimali Qafqaz və Kazak birlikləri sentyabrın 27 -də səhər saatlarında Abxaziya Nazirlər Şurasının binasına basqın edərək Abxaziya Nazirlər Şurasının sədri, Jiuli Şartavanı , Suxumi şəhərinin meri və Nazirlər Şurasının 27 üzvünü əsir götürdülər. Suxumini tərk etməyən əsirlər güllələndilər.
Gürcüstan tərəfinin bu vaxtadək təsdiqlənməmiş məlumatlarına görə, 10 mindən çox gürcü əsgəri və dinc sakin həlak olub. Abxaziyadan olan 300 min məcburi köçkün evsiz qaldı.
Gürcüstan hökuməti və parlamentinin üzvləri, eləcə də müxtəlif siyasi partiyaların liderləri Suxuminin süqutunun 28 -ci ildönümü münasibətilə qəhrəmanların abidəsinə əklillər qoyacaqlar və Abxaziya müharibəsində həlak olanların xatirəsini yad edəcəklər.