Suxumi, Sxinvali - Kopenhagendə Gürcüstan səfirliyinin ofisinin qapısında yeni yazı [Foto, video]
Gürcüstan səfirliyinin Kopenhagendə yeni ofisi var.
Səfirlik qonaqları yeni ünvanda, şəhərin iqtisadi mərkəzində, Kalvebod Brugge 45 nömrədə qəbul edəcək.
Köhnə binadan fərqli olaraq, səfirliyinin yeni binası müasir dizayn və qapılarının üstündəki gürcü dilində yazılarla fərqlənir.
Danimarka Krallığında və İslandiyada Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Gigi Gigiadzenin təşəbbüsü ilə, səfirliyin hər bir qapısının üstündə Gürcüstan şəhərlərinin adı yazılıb. Rusiya tərəfindən işğal edilən şəhərlərin adı isə, səfirin otağının qapısının üstündə yazılıb.
Gigi Gigiadzenin dediyinə görə, bu Gürcüstanın ərazi bütövlüyünün qorunmasının, Gürcüstan iqtidarı üçün ən əsas prioritet olması haqqında bir mesajdır.
Gürcüstan səfirliyi Kopenhagendə 2006-cı ildən bəri fəaliyyət göstərir.
Səfirlik Danimarka Krallığına və həmçinin, İslandiyaya xidmət edir.