Subari, Ğavelaşvili və Xundadzenin birgə bəyanatı - məqsədimiz Gürcüstanın Avropaya doğru maneəsiz irəliləyişini davam etdirməsidir, buna görə ölkənin və öz ləyaqətimizi kimsə ona toxunarkən qoruyacağıq
Subari, Ğavelaşvili və Xundadzenin birgə bəyanatı - məqsədimiz Gürcüstanın Avropaya doğru maneəsiz irəliləyişini davam etdirməsidir, buna görə ölkənin və öz ləyaqətimizi kimsə ona toxunarkən qoruyacağıq

 

Bakuriani iclasının iştirakçıları Qərb siyasətçilərinə ünvanlanan cavablarımızı anti-Qərb ritorikası kimi səciyyələndirməyə çalışırlar. Bu səbəbdən biz bir daha aydın şəkildə açıqlamaq istəyirik ki – bizim istəyimiz və məqsədimiz Gürcüstanın Avropaya doğru maneəsiz irəliləyişini davam etdirməsidir – bu barədə Gürcüstan parlamentinin üzvləri, Sozar Subari, Mixeil Ğavelaşvili və Dimitri Xundadzenin növbəti birgə bəyanatında deyilir.

Parlamentin adı çəkilən üzvləri bildirirlər ki, məhz bu səbəbdən ölkənin və öz ləyaqətlərini kimsə ona toxunarkən hər daim qoruyacaqlar.

“Təhqirə cavab qərbli tərəfdaşlarımıza hücum deyil, əksinə ölkəmiz və onun ləyaqəti qarşısında borcumuzdur. Avropalı qeyri-avropalı kimi davranarkən Avropaya və onun maraqlarına məhz özü zərər vurur. Müvafiq olaraq, bizim üçün ədalətsizliyə cavab vermək strateji tərəfdaşı, Avropanı və Gürcüstanın Avropa yolunu qorumaq mənasına gəlir” – deyə “Gürcü Arzusu”nun keçmiş üzvlərinin birgə bəyanatında deyilir.