Strasburqda bugün Avropa Parlamentinin plenar iclası açılır
Strasburqda bugün Avropa Parlamentinin plenar iclası açılır

Bugün Strasburqda Avropa Parlamentinin plenar iclası açılır.

Avro-deputatlar sesiya çərçivəsində, Avropa Parlamenti tərəfindən, Avrokomissiya və Avropa İttifaqı üçün, “Şərq Partnyorluğu” proqramının inkişafı haqqında hazırlanan rekomendasiyaları səs verməyə çıxardacaqlar.

Rekomendasiyalarda söhbət “Şərq partnyorluğunun” üç asosiasiya üzv ölkələrinə, Gürcüstan, Ukrayna və Moldovaya dəstəyinin artırılmasının zərurəti barədə aparılacaq.

Avroparlamentarlar bu ölkələrin kiçik bizneslərinin inkişafına dəstək vermək üçün investisiya fondunun yaradılması haqqında təşəbbüs irəli sürəcəklər.

Sənəddə deyilir ki, bu ölkələrin Şengen zonasında, gömrük və energetika ittifaqlarına qoşulmaları üçün uzun müddətli perspektivləri olmalıdır.