Strasburq məhkəməsinin qərarı ilə, "Rustavi-2"-nin işi ilə bağlı, konvensiya pozulması təsdiqlənmədi və dayandırılma mexanizmi də aradan qaldırıldı
Strasburq İnsan Hüquqları məhkəməsi “Rustavi-2” kanalı ilə bağlı qərar elan etdi.
Məhkəmə qərarında bildirilir ki, məhkəmə reqlamentinin 39-cu maddəsi dayandırılır, hansının əsasında, daha öncə, “Rustavi-2” teleşirkəti ilə bağlı, Gürcüstanın Ali Məhkəməsinin verdiyi qərarın icrası müvəqqəti olaraq, dayandırılmışdı.
Avropa İnsan Hüquqları məhkəməsi həmçinin qərar verdi ki, insan hüquqlarının Avropa konvensiyasının 6-cı maddəsi pozulmayıb.
Qeyd olunan qərar Avropa Məhkəməsinin veb-səhifəsində yayıldı.
Tərəflər qeyd olunan qərarı Böyük Palatada şikayət edə bilərlər. Əgər qərar şikayət edilməsə, o üç aydan sonra qüvvəyə minəcək.
Kibar Xalvaşi Rustavi-2 kanalı ilə bağlı məhkəmə davasını 2015-ci ildə başlamışdı.
2017-ci ilin mart ayında Ali Məhkəmə “Rustavi-2” kanalını Kibar Xalvaşi və “Panorama” şirkətinə vermişdi, ancaq Rustavi-2 kanalının rəhbərliyi Strasburq məhkəməsinə müraciət etdilər.
Strasburq məhkəməsi isə, müəyyən qərarın verilməsinə qədər, müvəqqəti olaraq, Gürcüstanın Ali Məhkəməsinin qərarını dayandırmışdı.