Strasburq məhkəməsi təsdiqlədi ki, 2008-ci ildə həbs edilən Nodar Qoqoladzeyə işgəncə edilib və Gürcüstan hökümətinə 6 000 avroluq kompensasiyanın ödənilməsini həvalə etdi
İnsan Hüquqlarının Avropa Məhkəməsi Nodar Qoqoladze ilə bağlı konvensiyanın 3-cü maddəsinin pozulması faktını təsdiqlədi, hansı ki, işgəncə və qeyri-insani rəftarı nəzərdə tutur.
Qeyd olunan qərar Strasburq məhkəməsinin veb-səhifəsində bugün yayıldı.
2008-ci ildə həbs edilən Nodar Qoqoladzeyə işgəncə edilib və Gürcüstan höküməti ona 6 000 avroluq kompensasiya ödəməlidir.
Qeyd edək ki, Qoqoladzenin müdafiyə tərəfi kompensasiya olaraq, 50 min avronun ödənilməsini və həmçinin, məhkəmə xərclərinin də ödənilməsini tələb edirdi.
Nodar Qoqoladze Borcomi polisi tərəfindən 2008-ci ilin fevral ayında həbs edilmişdi.
O bəyan edirdi ki, həbs edildikdən sonra, polis şöbəsində qəddarca döyülmüşdü.