Strasburq məhkəməsi Nika Qvaramianın iddiasını müzakirə edilməsi üçün qəbul etməyib
Strasburq məhkəməsi Nika Qvaramianın iddiasını müzakirə edilməsi üçün qəbul etməyib

 
Strasburq məhkəməsi Nika Qvaramianın iddiasını müzakirə edilməsi üçün qəbul etməyib. Bu barədə Qvaramia sosial şəbəkədə yazır.

“Olduqca məyusam, lakin Strasburq İnsan Haqları Məhkəməsi mənim iddiamı müzakirə edilməsi üçün qəbul etmədi. Hakimlərdən biri işə qətiyyən baxılmaması qərarını verib və o, işdə bütün dünya insan haqları təşkilatlarının görüb yüksək səslə etiraz etdiyi heç nə görmür. Düzdür, məyusedici xəbərdir, amma “Rustavi 2” işi ilə bağlı həmin məhkəmənin qərarından sonra mənim üçün həqiqətən təəccüblü deyil. Heç nə olmaz, hakimiyyət də dəyişəcək, məhkəmə də dəyişəcək, biz və Avropa Məhkəməsi bütün siyasi işlərin bütün təfərrüatlarını xırdalığına qədər öyrənəcəyik”- Qvaramia yazır.

2022-ci ilin mayın 16-da Tbilisi Şəhər Məhkəməsi Nika Qvaramianı “Rustavi 2” telekanalına rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi üzrə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2022-ci ilin noyabrın 2-də Apellyasiya Məhkəməsi Nika Qvaramianın həbs müddəti hissəsində qərarı dəyişməyib. Vəkillər hökmdən Ali Məhkəməyə şikayət veriblər. Ali Məhkəmə isə Qvaramianın işini müzakirə edilməsi üçün qəbul etməyib.

Nika Qvaramia Strasburq məhkəməsinə məhz bu işdən şikayət edirdi.

Bununla yanaşı, Gürcüstan Prezidenti Salome Zurabişvili 2023-cü ilin iyunun 22-də Nika Qvaramianı əfv edib.