Strasburq Məhkəməsi Gürcüstanın tələbini qəbul etdi və elan etdi ki, Rusiya İnsan Hüquqları Avropa Konvensiyasının bir neçə maddəsini pozdu
Strasburq Məhkəməsi 2008-ci ilin avqust muharibəsi ilə bağlı Gürcüstanın leyhinə qərar verdi.
Gürcüstanın Ədliyyə Nazirliyinin məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın tələbini qəbul etdi və elan etdi ki, 2008-ci ilin avqust ayında, Rusiya İnsan Hüquqlarının Avropa Konvensiyasını bir neçə maddəsini pozdu.
“Məhkəmənin böyük palatası tərəfindən təsdiqləndi ki, 2008-ci ildə, Rusiya qeyri-qanuni şəkildə, Gürcüstan ərazisinə daxil olaraq, gürcülərə qarşı etnik təmizlənmə həyata keçirdi.
Strasbuq Məhkəməsi Gürcüstanın mövqeyini qəbul etdi və Rusiya tərəfindən gürcü əsirlərinə və vətəndaşlara qarşı edilən qeyri-insani hərəkətlər və işgəncələrə görə, Rusiyanın məsuliyyət daşıması gərəkdiyini elan etdi.
Bu tarixi qərar, Gürcüstan üçün, beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, münaqişənin həlli və ərazi bütövlüyünün bərpası üçün çox vacibdir” – deyilir Ədliyyə Nazirliyinin məlumatında.