Strasburq Məhkəməsi "Gürcüstan Rusiyaya qarşı" işi üzrə Rusiya tərəfindən Avropa Konvensiyasının bir sıra pozuntularını müəyyən edib
Strasburq Məhkəməsi "Gürcüstan Rusiyaya qarşı" işi üzrə Rusiya tərəfindən Avropa Konvensiyasının bir sıra pozuntularını müəyyən edib

 
Avropa İnsan Haqları Məhkəməsi 2008-ci ildə baş vermiş münaqişədən sonra başlayan sərhədləşmə prosesi nəticəsində insan hüquqlarının pozulmasından bəhs edən “Gürcüstan Rusiyaya qarşı” işi üzrə qərarını dərc edib.

Strasburq Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra pozuntularını müəyyən edib.

Konkret olaraq, məhkəmə yekdilliklə müəyyən edib ki, Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ), 3-cü maddəsi (qeyri-insani və ya alçaldıcı rəftarın qadağan edilməsi), 5-ci maddəsinin 1-ci bəndi (azadlıq və təhlükəsizlik hüququ) və 8-ci maddəsi (şəxsi və ailə həyatının müdafiəsi hüququ), pozulub, eləcə də Konvensiyanın 1-ci Əlavə Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) və 2-ci maddəsinin (təhsil hüququ), 4-cü Əlavə Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) pozulduğunu müəyyən edib.