Stokholmda qida və içəcəklərin beynəlxalq sərgisində gürcü şərabı da təqdim edildi
İsveçin paytaxtı Stokholmda keçirilən qida və içəcəklərin beynəlxalq sərgisi GastroNord 2018-də şərab istehsal edən doqquz gürcü şirkəti iştirak etdi.
Milli Şərab Agentliyinin məlumatına görə, gürcü şərabı qeyd olunan sərgidə ilk dəfə təqdim edildi.
Tədbirdə İsveç Krallığında Gürcüstanın səfiri Malxaz Kakabadze də iştirak etdi.
GastroNord 2018-də tam olaraq, 500-dən artıq şirkət iştirak edirdi.
İlk dəfə GastroNord 1985-ci ildə keçirildi və ondan sonra, Avropanın ən geniş-miqyaslı sərgisi hesab edilən tədbir hər iki ildə keçirilməyə davam etdi.