Standart & Poor’s Gürcüstanın kredit reytinqini „BB“-yə qədər yüksəltdi
Beynəlxalq reytinq şirkəti Standart & Poor’s Gürcüstanın kredit reytinqini bir pillə ilə „BB“ səviyyəsinə qədər yüksəltdi.
2011-ci ildən sonra, Gürcüstana „BB-“ (BB minus) verildiktən sonra, bu ilk müsbət nəticədir.
Standart & Poor’s tərəfindən yayılan bəyanatda deyilir ki, qarşısında duran bir çox xarici problemlərə baxmayaraq, son illərdə Gürcüstan olduqca yüksək iqtisadi artım göstərdi.
Reytinq şirkətində bəyan edirlər ki, ölkənin xarici borcları tam daxili məhsul baxımından, aşağı göstəricidə qalacaq və 2022-ci il üçün 43 faizə yaxın olacaq.
Standart & Poor’s-un müzakirəsində həmçinin Gürcüstandan Avropaya edilən ixrac haqqında da qeyd olunur. Azad ticarət razılaşmasının qüvvəyə minməsindən sonra Avropaya ixrac göstəriciləri 30 faizlə artıb.
Gürcüstan iqtisadiyyatı üçün risk faktorlar olaraq, Türkiyə və Rusiyada valyuta kurslarının qeyri-stabilliyi adlandırılır.