"Şpigel" yazır ki, Berlində Zelimxan Xanqoşvilinin qətlində şübhəli şəxsi həbs edildikdən dərhal sonra rus diplomatları ziyarət etdilər
Berlində Zelimxan Xanqoşvilinin qətlində şübhəli şəxsi həbs edildikdən dərhal sonra rus diplomatları ziyarət etdilər.
Bu barədə məlulatı “Şpigel” yayır.
Alman nəşriyyatının məlumatına görə, rus diplomatları Berlində, təcridxanada olan şübhəli Vadim Sokolovu qətldən sonra ziyarət etdilər.
Onların görüşü kənar şəxslərin nəzarəti olmadan keçirildi və görüşdə nə haqda danışıldığı barədə məlumat yoxdur.
“Şpigel” yazır ki, belə bir ziyarətə konvensiya ilə izin verilir, ancaq rusların təcili reaksiyası yenə də biraz qəribədir.
Şpigelin məlumatıan görə, Zelimxan Xanqoşviliyə “Qlok” topli silahla hücum edilib.
Qeyd olunan silah 1986-cı ildə, Avstriyadan Estoniyaya satılıb.
Gürcüstan vətəndaşının qətlində şübhələnən şəxsə odlu silahı Varşavada, Berlinə yola düşmədən öncə veriblər.
Xatırladaq ki, Zelimxan Xanqoşvili avqustun 23-də Berlinin mərkəzində öldürüldü.
Polis ehtimal olunan şübhəliyi tez zamanda saxladı.
O 49 yaşlı Rusiya vətəndaşıdır.