Spiegel - Merkel və Makron tərəfindən avrozonada elan edilən islahatlar bir il illiyinə təxirə salındılar
Angela Merkel və Emanuel Makron tərəfindən avrozonada keçiriləcək əsaslı islahatlar haqqında hazırlanan plan təxirə salındı.
Bu barədə məlumatı, gizli mənbələrə istinadən Almaniyanın Spiegel nəşriyyatı yayır.
Alman medyasının məlumatına görə, bu planın təxirə salınması barədə xəbəri Fransa prezidenti və Almaniyanın kansleri Avrozonanın qalan üzvləri ilə, martın 22-23-də Avropa İttifaqının Şurasında elan edəcəklər
Emanuel Makron Avropa İttifaqına daxil olnan bütün ölkələrin bank sisteminin birləşdirilməsinin və Almaniya və Fransa üçün korporativ vergiyə ümumi tarifin qoyulmasının tərəfdarıdır.
Spiegel-in məlumatına görə, Fransa-Alman alyansı tərəfindən hazırlanan islahatlar avrozonada 2019-cu ildə keçiriləcək olan avroparlamentin seçkilərindən sonra həyata keçiriləcək.