"Spiegel" - Co Bayden Mişel Obamanın xeyrinə namizədliyini geri götürə bilər
"Spiegel" - Co Bayden Mişel Obamanın xeyrinə namizədliyini geri götürə bilər

 
Co Bayden öz namizədliyini geri götürə bilər və onun yerinə Barak Obamanın həyat yoldaşı Mişel Obama prezidentliyə namizəd ola bilər-bu haqda Almaniyanın “Spiegel” nəşri yazır.

Məqalədə qeyd edildiyi üzrə, Demokratlar partiyasında 2024-cü ilin avqustunda Çikaqoda keçirilməsi planlaşdırılan partiyanın qurultayında Baydenin namizədlikdən geri çəkildiyini elan etməsi ehtimalını müzakirə edirlər.

Nəşrin yaydığı məlumatda, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın artıq Baydenin yerinə potensial namizədlər siyahısına daxil edildiyi deyilir.

“Bir çox amerikalı qadın prezident ideyasını bəyənir”- deyə “Spiegel” yazır.

Nəşrin qeyd etdiyi kimi, Baydenin prezident seçkilərində iştirakdan mümkün imtinasının səbəblərindən biri onun yaşıdır.