“Spiegel” – Almaniyanın Maqdeburq şəhərində Milad bazarına hücum edən Səudiyyə Ərəbistanı vətəndaşıdır

12:44, 21.12.2024

Almaniyanın Maqdeburq şəhərində Milad bazarına hücum edən şəxs Səudiyyə Ərəbistanı vətəndaşıdır. Bu barədə “Spiegel” yazır.

Yüksək rütbəli məmurlar bildirir ki, qəza yerinin yaxınlığında həbs edilən təqsirləndirilən Taleb A-nın Almaniya üçün Alternativ Partiyasının fəal tərəfdarlarındandır.

“Spiegel”in yazdığı kimi, Taleb A Səudiyyə Ərəbistanının Hufuf şəhərində anadan olub və 2006-cı ilin martında Almaniyaya təhsil almaq üçün gəlib. 2016-cı ilin iyulunda İslamı rədd etdiyi üçün ölümlə hədələndiyi üçün ona qaçqın statusu verilib.

Nəşrin məlumatına görə, müttəhimin psixi problemləri ola bilər.

Məlumat üçün bildirək ki, Milad bazarında avtomobil izdihamın üzərinə çıxıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 15-i ağır olmaqla 68 nəfər yaralanıb.

Oxşar