Sozar Subari - ölkənin hansısa yolla namizəd statusu almaması, "yox" cavabı olarsa insanların narazılığına səbəb olması və martda edə bilmədiklərini payızda edə bilmələri Vaşadzenin, Caparidzenin və Xoştarianın məqsədidir
Vaşadze, Caparidze və Xoştarianın bolşevik “üçlüyü” Brüsselin dəhlizlərində hərəkət edərkən və Gürcüstanın hansısa yolla namizəd statusu almaması üçün praktiki olaraq hər qapını döyərkən bunun yeganə məqsədi var, əgər bizə yox cavabı versələr bu halda insanların narazılığına səbəb olsunlar və mart günlərində edə bilmədiklərini payızda edə bilsinlər-bu barədə “Xalqın Gücü”nün liderlərindən biri Sozar Subari “İoane Şaişmelaşvili ilə siyasi post” verilişində danışıb.
O bildirib ki, “Milli Hərəkat”la siyasi baxımdan tam əlaqəli olan və vaxtaşırı Ukraynadan Gürcüstanda hakimiyyəti devirməklə hədələyən gürcü döyüşçülərin bir hissəsinin Tbilisiyə gəlişi təsadüfi hadisə deyildi və bütün bunlar Gürcüstanı bir şəkildə müharibəyə cəlb etməklə bağlı müharibə partiyasının hədəfinə gedib çıxır.
“Bizim ləyaqətimiz, mədəniyyətimiz var və biz bu ləyaqəti hər zaman qorumalıyıq. Güzəştə getmək mümkün deyil, çünki ləyaqətdən əl çəkmək həm də dövlətçilikdən əl çəkmək deməkdir və Avropa İttifaqına səksəkəli, tək ayaq üstə durmaqla yox, ləyaqətimizlə daxil olmalıyıq deyərkən yalan söyləmirik. Bağışlayın, bu belə alınmayacaq və ola da bilməz, çünki kimsə bunu tələb edərsə, bu o deməkdir bu, can atdığımız yer deyil, bizim düşündüyümüz Avropa deyil. Avropa başqa şeydir və biz məhz o, Avropanı istəyirik. Ukraynada işğalçıya qarşı mübarizə aparan, “Milli Hərəkat”la siyasi baxımdan tam əlaqəli olan və vaxtaşırı Ukraynadan Gürcüstanda hakimiyyəti devirməklə hədələyən gürcü döyüşçülərin əksəriyyətinin bu günlərdə Tbilisiyə gəlişi təsadüfi hadisə deyil. Bu da təsadüfi hadisə deyildi, hamısı bir-biri ilə zəncirvari əlaqədədir və nəticədə Gürcüstanı bir şəkildə müharibəyə cəlb etməklə bağlı müharibə partiyasının hədəfinə gedib çıxır” -deyə Sozar Subar açıqlayıb.