Sozar Subari – Ukraynada saxlanılan Saakaşvilinin görüntülərini görmək onun hüquq-mühafizə orqanları əməkdaşlarına şifahi və fiziki təzyiq göstərdiyi Gürcüstandan daha ağır olub

18:12, 12.11.2021

“Saakaşvilinin Ukraynada saxlanması ilə bağlı kadrları görmək onun hüquq-mühafizə orqanlarının əməkdaşlarına şifahi və fiziki təzyiq göstərdiyi Gürcüstandan qat-qat ağır idi”, – parlamentin özünüidarə komitəsinin sədri Sozar Subari bildirib.

Subari Ukrayna prezidentinin təşəbbüsü ilə Vladimir Zelenski ilə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili arasında baş tutan telefon danışığını şərh edib.

“Ukrayna prezidentinin bəyanatında heç bir tənqid görmürəm. Bu, iki dost ölkə liderinin öz mövqeyini ifadə etdiyi söhbət idi. Söhbət ləyaqətdən gedirsə, kadrlarda heç bir ləyaqətin tapdalannması, hüquq pozuntusu olmayıb. Onların vətəndaşı Mixeil Saakaşvili Ukraynada həbs olunanda daha ağır kadrlar oldu. Sonra biz yaxşı gördük ki, məhbusun əlinə necə qandal vuruldü, necə azadlıqdan məhrum edildi və damdan endirildi, halbuki mən o hərəkətlərdə heç bir hüquq pozuntusunu görmürəm, çünki hər hansı bir ölkənin hüquq-mühafizə orqanlarının vətəndaş ona tabe olmadıqda güc tətbiq etmə hüququ var.

“Əgər nəzər salsaq, o kadrlar Mixeil Saakaşvilinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına şifahi və fiziki təzyiq göstərdiyi Gürcüstandan qat-qat ağır olub”, – Sozar Subari bildirib.

Oxşar