Sozar Subari – Üç ay əvvəldən deyəcəklər və elan edəcəklər ki, ölkəni sarsıdacaqlar, sonra Rustaveli prospektində bir neçə min adam toplayacaqlar, sonra dağılıb evlərinə gedəcəklər

14:19, 13.10.2021

Mixeil Saakaşvili azadlığa buraxılmayacaq, çünki ona qarşı çıxarılan hökmlər qanuni qüvvəyə minib, – parlamentin özünüidarəetmə komitəsinin sədri Sozar Subari 14 oktyabr mitinqi ilə əlaqədar bildirib.

Onun sözlərinə görə, hər kəsin mitinq keçirmək hüququ var, əsas odur ki, qanun çərçivəsində keçirilsin.

“Sabah vaxtaşırı keçirilən başqa bir mitinq olacaq. Üç ay əvvəldən deyəcəklər və elan edəcəklər ki, ölkəni sarsıdacaqlar, sonra Rustaveli prospektində bir neçə min adam toplayacaqlar, sonra dağılıb evlərinə gedəcəklər. Hər kəsin etiraz etmək hüququ var, ən başlıcası onun qanun çərçivəsində keçirilməsidir və heç kim yenidən qanunu pozub harasa fırtına vurmaq istəmir. Hücum ehtimalını istisna etmirəm. Əminəm ki, belə bir şey olmayacaq. Mitinqin məqsədinə gəlincə, Saakaşvili azad edilə bilməz, çünki ona qarşı çıxarılan hökmlər qanuni qüvvəyə minib. Daha iki iş araşdırılır, sərhədin guya qanunsuz keçməsi ilə bağlı istintaq başladılıb -başlamadığını bilmirəm. Ukrayna sərhədlərini qanunsuz keçməsi ilə əlaqədar istintaq başlatdı” dedi Subari.

Oxşar