Sozar Subari - “Milli Hərəkat”ın öz ölkəsinə qarşı törətdiyi hər bir cinayət araşdırılmalı və rejimin bütün günahkarları cavab verməlidir
“Milli Hərəkat”ın öz ölkəsinə qarşı törətdiyi hər bir cinayət araşdırılmalı və cinayətkar rejimin bütün günahkarları məsuliyyətə cəlb edilməlidir- bu haqda “Xalqın Gücü” hərəkatının üzvü Sozar Subari bildirib.
Subarinin sözlərinə görə, Saakaşvili hakimiyyəti dövründə insan haqlarının kütləvi şəkildə pozulması halları baş verib.
“Bu gün 7 noyabrdır və biz Saakaşvili hökumətinin insan haqlarına qarşı törətdiyi cinayətləri, kütləvi pozuntuları xatırlamaya bilmərik. Biz bütün cinayətlərdən danışanda bir daha bir rejim olaraq “Milli Hərəkat”ın mühakimə edilməsini tələb etməliyik. “Milli Hərəkat” cavab verməlidir. Onların hər birinin öz ölkəsinə qarşı törətdikləri cinayətlər araşdırılmalı və cinayətkar rejimin bütün günahkarları ölkə qarşısında cavab verməlidir”- deyə Sozar Subari bildirib.