Sozar Subari – Mixeil Saakaşvili cəzasını çəkəcək və bunu hamı görəcək

17:43, 24.11.2021

Parlamentin özünüidarəetmə komitəsinin sədri Sozar Subarinin sözlərinə görə, Mixeil Saakaşvili cəzasını çəkəcək və bunu hamı görəcək.

Subarinin sözlərinə görə, Mixeil Saakaşvilinin törətdiyi cinayətlər onu Gürcüstanın ən ağır cinayətkarlarından birinə çevirir.

“Gürcüstan həbsxanalarında daha ağır cinayətlər törətmiş ola biləcək çox az adam cəza çəkir. İstənilən ölkədə ən kiçik pozuntu belə keçmiş prezidentlərə, keçmiş baş nazirlərə və çox vaxt vəzifədə olan prezidentlərə və baş nazirlərə qarşı cinayət işinin başlanması üçün əsas olur. Bu baxımdan İsrail, Avstriya, Fransa və Almaniyanın nümunələrini görə bilərik. Ölkəmizdə xırda qanun pozuntularına görə belə cinayət təqibi başlayır. Təsəvvür edin ki, hansısa ölkənin baş nazirinə, prezidentinə ölümünə kimi döymək, əmlakını ələ keçirmək əmri verilib. O, həmçinin öz oğlunun təhsilinə, komanda yoldaşlarının sağlamlıq prosedurlarına, çəkisinin korreksiyasına, eləcə də ona masajçı gətirmək üçün Almaniyaya göndərilən dövlət təyyarəsinə pul xərcləyib. Əgər hər hansı bir demokratiyada bu məsələlərdən biri belə olsaydı, baş nazir və ya prezident cavabdeh olardı. Söhbət 10 milyon laridən gedir ”, – deyə Sozar Subari Gürcüstanın Birinci Kanalına bildirib.

Oxşar