Sozar Subari – Konstruktiv rejimə keçməyin yolu parlament işidir, dövlət qurumları qarşısında mitinqlər təşkil etmək, boykot deyil
Parlament çoxluğunun üzvü Sozar Subarinin fikrincə, qütbləşməni aradan qaldırıb konstruktiv rejimə keçməyin yolu parlament işidir, parlamenti boykot etmək, dövlət qurumları qarşısında, girişlərdə mitinqlər təşkil etmək deyil.
“Əgər biz siyasi dialoq istəyiriksə, bunun üçün parlament var və biz həmişə siyasi dialoqa hazırıq. Əgər onlar düşünürlərsə ki, Potsdam konfransı çağırmalıyıq, məncə, bu, ciddi olmamalıdır. Parlament işləyir və iclaslarda iştirak edə bilərlər. Siyasi dialoq üçün ən yaxşı meydan parlament zalıdır. Müxalifət partlayıcı vəziyyət yaratmağa çalışır, onu sövq edib sonra hansısa təkliflər irəli sürə bilmirlər”, – Sozar Subari bildirib.