Sozar Subari -Gürcüstan parlamentində "Milli Hərəkat"ın cinayətkar fəaliyyətinin öyrənilməsi və onun mühakimə olunması prosesinə başlanılması təklifi ilə çıxış edirəm
Avropa İnsan Haqları Məhkəməsi Şavadzenin məsələsində yaşamaq hüququnun pozulduğunu müəyyən edib, “Milli Hərəkat”ın üzvləri isə Şavadzenin vəhşicəsinə öldürülməsindən 15 il sonra əsassız ittihamla şəxsin qanunsuz saxlanılmasının, işgəncə və qətlə yetirilməsinin, həyat yoldaşının və azyaşlı uşaqlarının təhdid edilməsi və qorxudulmasının düzgün hərəkət olduğunu yenidən iddia edirlər – bu barədə sosial şəbəkədə “Xalqın Gücü”nün liderlərindən biri S. Subari yazır.
Onun sözlərinə görə, Şavadzenin qatillərinin həbsi bir daha sübut etdi ki, “Milli Hərəkat” cinayətkar təşkilatdır və müvafiq olaraq Subari Gürcüstan parlamentində “Milli Hərəkat”ın mühakimə olunması prosesinə başlanılması təşəbbüsü ilə çıxış edir.
“Roin Şavadzenin qatillərinin həbsi bir daha sübut etdi ki, “Milli Hərəkat” cinayətkar təşkilatdır. 2008-ci ilin avqustunda Şavadzeni qanunsuz şəkildə, heç bir ittiham və qanuni şübhə olmadan həbs ediblər, işgəncə verib və küçədə güllələyiblər. Qətlə yetirilmiş Şavadzenin həyat yoldaşı Tsitsino Şavadzeni hədələyiblər ki, şikayət etsə, öldürülən əri satqın elan olunacaq və övladları ömürlərinin sonuna qədər bu damğanı daşımalı olacaqlar. Avropa İnsan Haqları Məhkəməsi Şavadzenin məsələsində yaşamaq hüququnun pozulduğunu müəyyən edib, “Milli Hərəkat”ın üzvləri isə Şavadzenin vəhşicəsinə öldürülməsindən 15 il sonra əsassız ittihamla şəxsin qanunsuz saxlanılmasının, işgəncə və qətlə yetirilməsinin, həyat yoldaşının və azyaşlı uşaqlarının təhdid edilməsi və qorxudulmasının düzgün hərəkət olduğunu yenidən iddia edirlər. “Milli Hərəkat” törətdiyi digər cinayətlərə münasibətdə də eyni mövqedədir, lakin Şavadzenin məsələsi xüsusilə iki işə – Müdafiə Nazirliyinin kəşfiyyatının zabiti Paata Kardava və reyncer Davit Tsindelianinin qanunsuz saxlanması, işgəncə verilməsi və öldürülməsi məsələlərinə bənzəyir. Onların hər ikisi eyni dövrdə, yəni 2008-ci ilin avqustunda heç bir ittiham olmadan həbs edilib, ağır işgəncələrə məruz qalıb, güllələnib və beton dirəklərlə dənizdə batırılıb. Bu qəddarlığı törədən yüksək rütbəli KTD-nin məmuru Roman Şamatava hazırda cəzasını çəkir və “Milli Hərəkat”ın üzvləri isə utanmadan bu qəddar qatili milli qəhrəman elan edirlər.
“Milli Hərəkat”da partiya vəzifələri, nüfuz və pula görə ölüm-dirim müharibəsi gedir, bəziləri partiyadan çıxır, sonra yenə də geri qayıdır, amma məzmunda heç nə dəyişmir: hamısı törətdikləri amansız qətllərə, sistemli işgəncələrə, qanunsuz həbslərə, məhkəmənin tam şəkildə tabe edilməsinə və digər sistematik cinayətlərə haqq qazandırır. Bir tək ona təəssüflənirlər ki, bu gün belə cinayətləri törətməyə imkanları yoxdur. “Milli Hərəkat” törətdiyi sistemli cinayətlərə görə mühakimə olunması gərəkən cinayətkar rejimdir.
Məhz bu səbəbdən Gürcüstan parlamentində “Milli Hərəkat”ın cinayətkar fəaliyyətinin öyrənilməsi və onun mühakimə olunması prosesinə başlanılması təklifi ilə çıxış edirəm. Bu yaxınlarda biz Moldova Konstitusiya Məhkəməsinin müxalif “Şor” partiyasını qadağan etməsinin bir nümunəsini gördük. Moldova Avropa İttifaqına namizəd statusuna malikdir və Avropa bu addımı müsbət qarşılayıb. Müvafiq olaraq, əgər bu cinayətkar partiyaların qadağan edilməsi Avropa İttifaqına giriş biletidirsə, o zaman biz də bu prosesə vaxtında başlamalıyıq. Ümid edirəm ki, parlamentdəki həmkarlarımız bu təşəbbüsü dəstəkləyəcəklər”- deyə Sozar Subari sosial şəbəkədə yazır.