Sozar Subari, Dimitri Xundadze və Mixeil Ğavelaşvilinin parlament əksəriyyətindən getməsi səbəbilə üç komitənin sədri vəzifəsi vakant olacaq
Sozar Subari, Dimitri Xundadze və Mixeil Ğavelaşvilinin parlament əksəriyyəti sıralarını tərk etməsindən sonra “Gürcü Arzusu” komitə sədrləri vəzifəsində onları əvəz etməli olacaq.
Onuncu çağırış parlamentində Sozar Subari özünüidarə komitəsinə , Dimitri Xundadze səhiyyə komitəsinə , Mixeil Ğavelaşvili isə idman komitəsinə rəhbərlik edir.
Hər üç deputatın “Gürcü Arzusu”nun sıralarını tərk etməsindən dolayı hər üç komitənin sədri vəzifəsi vakant olacaq.
Bir az bundan əvvəl, Sozar Subari, Mixeil Ğavelaşvili və Dimitri Xundadzenin “Gürcü Arzusu” partiyasını tərk etmələri məlum olub.