Sozar Subari - Arçil Tatunaşvilinin cəsədində ciddi zərbə izləri var
“Arçil Tatunaşvilinin cəsədində ciddi zərbə izləri var”, – Bu barədə bəyanatı Qaçqınlar və məcburi köçkünlər üzrə Nazir Sozar Subari verdi.
Onun dediyinə görə, cəsədin ekspertizasında, onun ailəsinin dəvət etdiyi ekspert də iştirak edirdi.
“Cəsədin üstündə işkəncə izlərinin olacağını onsuz da bilirdik, sadəcə olaraq, əvvəlcədən məlumat yaymaq istəmədim. Ailəsi isə, bunu televiziyadan öyrəndi.
Ekspertizadan sonra, biz daha öncə də bildiyimiz məlumatı təsdiqlədiq” – dedi Sozar Subari.
Tatunaşvilinin cəsədi Sxinvalidən martın 20-də gətirildi və Levan Samxarauli adına ekspertiza bürosunda yoxlanışdan keçirildi.
Arçil Tatunaşvili martın 24-də, Kanda kəndində, hərbi hörmətlə dəfn ediləcək.