Sozar Subari - 2016-cı ildə Avropa İttifaqının maliyyə dəstəyilə Gürcüstanda xarici ölkənin dövlət resursları hesabına maliyyələşən qeyri-hökumət təşkilatlarının reyestrinin yaradılmasını nəzərdə tutan tədqiqat aparılıb
Sozar Subari - 2016-cı ildə Avropa İttifaqının maliyyə dəstəyilə Gürcüstanda xarici ölkənin dövlət resursları hesabına maliyyələşən qeyri-hökumət təşkilatlarının reyestrinin yaradılmasını nəzərdə tutan tədqiqat aparılıb

 

2016-cı ildə Gürcüstanda Avropa İttifaqının maliyyə dəstəyilə tədqiqat aparılıb, onun müəlliflərindən biri bizimlə olan Laşa Tuğuşidir, bu tədqiqatın dörd müəllifi var, tədqiqat “Gürcüstanda Xarici Ölkələrin Dövlət Maliyyəsinin Şəffaflığı” adlanır, onun bədlərindən biri də Gürcüstanda qeydiyyatdan keçmiş, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin təqdim olunacağı vahid reyestrin yaradılmasıdır-bu barədə “Xalqın Gücü”nün üzvü Sozar Subari açıqlayıb.

Subari bildirib ki, bunu 2016-cı ildə Aİ-nin maliyyə dəstəyilə gürcü qeyri-hökumət sektoru tələb edib və bu gün nəyin dəyişdiyi maraqlıdır.

“Birinci modeli oxuyacağam. Birincisi-Gürcüstanda qeydiyyatdan keçmiş qeyri-sahibkar hüquqi şəxslərin, yəni xarici ölkənin dövlət vəsaiti hesabına maliyyələşdirilən QHT-in təmsil olunacağı vahid reyestr yaradılmalıdır; İkincisi – “Gürcüstanın Qrantlar haqqında” qanununun 5-ci maddəsinin birinci bəndi ilə müəyyən edilmiş məlumatlar reyestrdə aktiv olaraq dərc edilməlidir, buna əsasən qrant verən, yəni donor və qrant alan arasında müqavilədə aşağıdakılar ehtiva olunmalıdır: qrantın verilməsinin məqsədi, onun həcmi, vəsaitdən istifadənin konkret istiqaməti, onlardan istifadə müddəti və qrant verənin/donorun qrant alana qoyduğu əsas tələblər;
Üçüncüsü – Gürcüstanda qeydiyyatdan keçmiş istənilən qeyri-sahibkar hüquqi şəxs xarici ölkədən dövlət maliyyəsi alması halında, “Gürcüstanın qrantlar haqqında” qanununun 5-ci maddəsinin birinci bəndində göstərilən məlumatları reyestrə təqdim etmək üçün qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalıdır;
Dördüncüsü – bu məlumatların və sənədlərin şəffaflığı Gürcüstan qanunvericiliyi ilə aydın şəkildə müəyyən edilməlidir. Qeyd olunan məlumatlar açıq və istənilən şəxs üçün əlçatan olmalıdır; Sonuncu bənd– qeydiyyat aparan qurumun reyestrə təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlamaq və bu məqsədlə Gürcüstanın vergi orqanı ilə koordinasiyalı əməkdaşlıq etmək səlahiyyəti olmalıdır. 2016-cı ildə Aİ-nin maliyyə dəstəyilə gürcü qeyri-hökumət sektorunun tələb etdiyi budur və mən həqiqətən bu gün nəyin dəyişdiyi ilə maraqlanıram. Bizim qanun layihəmiz bunu sözbəsöz əks etdirir, tərcümə etdiyimiz və daha sərt olan Amerika qanunundan fərqli olaraq, sadəcə olaraq nisbətən daha az tələblər irəli sürür”-deyə Subari açıqlayıb.