Oni Munisipalitetində təbii fəlakət bölgəsində axtarış əməliyyatları davam edir. Xilasedicilərin monitorinqi nəticəsində təbii fəlakətin episentrindən 55 kilometr aralıda daha bir cəsəd aşkar edilib. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, işlər Rioni və Chanchaxa çaylarının məcrasında,eləcə də üzərində ağır texnika, canlı qüvvə və kinoloqlar qrupunun səfərbər olunduğu adacıq hissələrində aparılır.
İndiyədək xilasedicilər təbii fəlakət bölgəsində 28 meyit tapıblar, 5 nəfərin axtarışları davam etdirilir.