Şovidə təbii fəlakət zonasında ölənlərin sayı 27-yə yüksəlib. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
Agentliyin məlumatına görə, cəsəd Oni yaxınlığında, təbii fəlakət zonasından bir neçə on kilometr aralıda yerləşən Ğar kəndi yaxınlığında aşkar edilib.
Mövcud məlumatlara görə, təbii fəlakət zonasında 6 nəfərin axtarışı aparılır.
Avqustun 3-də Şovidə sürüşmə baş verib.