Şovidə təbii fəlakət zonasında ölənlərin sayı 22-yə çatıb. Bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili məlumat verib.
Temur Mğebrişvilinin qeyd etdiyi kimi, meyit çayın yatağında tapılıb.
“Hazırda statistik məlumatlar dəyişdirilib, çayın yatağında meyit tapılıb, hazırda meyitin ekskumasiya tədbiri davam etdirilir. Bundan başqa, insan bədəninin aşağı ətrafı tapılıb və axtarış işləri aparılır”, – Mğebrişvili bildirib.