Şovidə təbii fəlakət zonasında ölənlərin sayı 13-ə çatıb. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 13 nəfər ölüb. Xilasedicilər bu gün onlardan birini tapıblar.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Mövcud məlumatlara görə, təbii fəlakət bölgəsində 23 nəfərin axtarışı davam edir.
Ümumilikdə 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyə edilib. Bundan əlavə, Oni Munisipalitetinin Qlola kəndində Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin səyyar qərargahı təşkil edilib.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.