Şovidə təbii fəlakət zonasında indiyədək 7 nəfər ölüb. Bu barədə Gürcüstanın Baş naziri məlumat verib.
“Təəssüf ki, indiyədək yeddi ölü tapılıb. Çox çətin vəziyyətdir. Təəssüf ki, 30-dan çoxu hələ də axtarılır, amma biz nəticələri gözləyəcəyik. Hazırda aktiv işlər aparılır”, – deyə baş nazir bildirib.
Xilasedicilər dünən təbii fəlakət zonasında ölən iki nəfəri, bu gün səhər saatlarında isə daha 5 nəfəri tapıblar.
Oni Munisipalitetində artıq ikinci gündür axtarış-xilasetmə əməliyyatı fasiləsiz davam etdirilir, əməliyyata 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cəlb olunub. Bu gün saat 06:00-dan etibarən iki sərhəd polisi helikopteri xilasetmə əməliyyatına cəlb olunub.