Üçüncü gündür axtarış-xilasetmə işlərinin davam etdiyi fəlakət bölgəsində, Oni Munisipalitetində daha bir cəsəd tapılıb. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər həlak olub. Onlardan üçü bu gün tapılıb.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Mövcud məlumatlara görə, təbii fəlakət zonasında 22 nəfərin axtarışı davam etdirilir.
Ümumilikdə 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyə edilib.
Bundan əlavə, Oni Munisipalitetinin Qlola kəndində Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin səyyar qərargahı təşkil edilib.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.