Şovidə təbii fəlakət bölgəsində ölənlərin sayı 16-ya çatıb
Şovidə təbii fəlakət bölgəsində ölənlərin sayı 16-ya çatıb

Üçüncü gündür axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi fəlakət bölgəsi Onidə ölənlərin sayı 16-ya yüksəlib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyir.

Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 16 nəfər ölüb. Onlardan beşi bu gün tapılıb.

“Bu gün yanğınsöndürənlərin və xilasedicilərin fəaliyyəti zamanı təbii fəlakət zonasında 5 cəsəd tapılıb. Üçüncü gündür Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları Onidə axtarış-xilasetmə əməliyyatı aparırlar.

“İşlərə Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürənləri və xilasediciləri, polis bölmələri, pilotsuz uçuş aparatları, xüsusi texnika, sərhəd polisi helikopteri və Fövqəladə Halların İdarə Olunması Xidmətinin bir qrup kinoloqu cəlb olunub”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili cari xilasetmə tədbirləri ilə bağlı mediaya açıqlama verib.

Onun sözlərinə görə, aktiv işlər nəticəsində çay üzərində dəmir konstruksiyadan körpü təşkil olunub ki, bu da ağır texnikanın fəlakət ərazisinə gətirilməsinə imkan yaradır.

Mğebrişvilinin qeyd etdiyi kimi, xilasetmə əməliyyatı gecə boyu fasiləsiz olaraq gecə işıqları ilə davam edəcək.

“Bu gün 5 cəsəd tapıldı. Ümumilikdə təbii fəlakət bölgəsində 16 cəsəd tapılıb. Cəsədlərin şəxsiyyəti müəyyənləşdirilir. Cəsədlər eyni kotteclərin yanında tapıldı. Xilasetmə tədbirlərinin gedişinə gəlincə, bu gün səhər saatlarında aparılan aktiv işlər nəticəsində çay üzərində dəmir konstruksiya körpüsü təşkil olunub ki, bu da bütün lazımi texnikanı təbii fəlakət ərazisinə gətirməyə imkan verir. Gecə boyu fəal şəkildə işimizi davam etdirəcəyik, gecə işıqları var və 24 saat axtarış əməliyyatları davam edəcək. Bu mərhələdə 7 cəsədin şəxsiyyəti müəyyən edilib, proses davam edir və günün sonuna qədər bu istiqamətdə bəzi xəbərlərimiz olacağını düşünürəm. Bu gün çay yatağında iki maşın tapdıq. Hazırda sözügedən avtomobillər çay yatağından çıxarılır. İçəridə insan yox idi. Maşınlardan birinin sahiblərini müəyyən etdik və onlar sağ- sağlamdırlar”, – Temur Mğebrişvili bildirib.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi mətbuatda yayılan müxtəlif xarakterli məlumatlara da münasibət bildirib və qeyd edib ki, istənilən növ məlumat yoxlanılır və reaksiya verilir.

“Kiməsə nə qədər məntiqsiz görünsə də, biz istənilən məlumatı yoxlayırıq. Müxtəlif növ məlumatlar yayılır. Bir daha sizin efirinizdən yararlanmaq və hər hansı bir məlumatı yoxlamağı zəruri hesab edən hər kəsi qaynar xətt və ya 112 nömrəsinə zəng etməyə çağırmaq istərdim”- Temur Mğebrişvili bildirib.