Şovidə baş vermiş faciədə həlak olanların ailələri birdəfəlik yardım olaraq 20 min lari alacaqlar
Şovidə baş vermiş faciədə həlak olanların ailələri birdəfəlik yardım olaraq 20 min lari alacaqlar.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlama verib.
“Bir daha Şovidə baş verən faciəyə toxunmaq istərdim. Bu böyük faciəyə, böyük təbii fəlakətə 32 vətəndaşımız qurban getdi. Biz bununla bağlı müzakirə apardıq və qərara gəldik ki, həlak olanların ailələrinə, hər bir həlak olmuş üçün 20 min lari məbləğində birdəfəlik maddi yardım göstərilsin” –deyə Ğaribaşvili bildirib.