Şoviyə bir neçə vətəndaş toplaşıb və onlar ailə üzvlərinin harada olması barədə məlumatlarının olmadığını söyləyirlər
Vətəndaşlar Fövqəladə Hallar Xidməti və təcili yardım qruplarının səfərbər edildiyi Şovi yaxınlığında toplanıblar.
Onlar iddia edirlər ki, ailə üzvləri ilə əlaqə saxlaya bilmirlər.
Vətəndaşların sözlərinə görə, onların ailə üzvlərinin harada olması və sağlamlıq durumu barədə məlumatları yoxdur.
Oni Munisipalitetində vətəndaşların təbii fəlakət zonasından təxliyyəsi davam edir. Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq 70-ə yaxın vətəndaş təbii fəlakət zonasından təxliyə edilib. Fövqəladə Hallar Xidməti təbii fəlakət zonasında axtarış-xilasetmə işlərinin gecə boyu davam edəcəyini açıqlayıb.