Şota Şalikaşvili adına körpüdə aparılan işlər ilə əlaqədar olaraq hərəkət qismən məhdudlaşdırılacaq
Didube rayonunda Şota Şalikaşvili adına körpünün bərpası başa çatmaq üzrədir. Məlumatı Tbilisi Meriyası yayır.
Paytaxt meriyasından yayılmış məlumata əsasən planlaşdırılmış yol işləri ilə əlaqədar körpüdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
“Layihədə nəzərdə tutulan işlər tam yerinə yetirilib, bir tək yolun hərəkət hissəsində asfaltın üst örtüyünün salınması qalıb. Planlaşdırılan yol işləri ilə əlaqədar oktyabrın 28-dən 29-dək bir gün ərzində Didube körpüsündə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir”-deyə meriyanın məlumatında deyilir.